Şanxayda yeni desant gəmisi suya salınıb
Şanxayda dünən “076” tipli “Sichuan” desant gəmisi suya buraxılıb.
“Seanews.az” xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi gəmini dünyanın ən böyük amfibiya hücum gəmisi adlandırıb.
Gəmi suya buraxıldıqdan sonra dəniz sınaqlarından keçəcək.
“Sichuan” hazırda Xalq Azadlıq Ordusu tərəfindən idarə olunan üç “075” tipli gəminin təkmilləşdirilmiş versiyasıdır. O, ən yeni “Fujian” təyyarədaşıyıcısında quraşdırılan sistemlərlə təchiz olunub ki, bu da ona təyyarələri daşımağa və müasir savaşlarda getdikcə daha çox vacib sayılan dronların istifadəsini genişləndirməyə imkan verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır