Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Dünyanın mayeləşdirilmiş hidrogen daşıyan ilk tankeri ilk səfərinə yola düşüb

Dünyanın mayeləşdirilmiş hidrogen daşıyan ilk tankeri Yaponiyadan Avstraliyaya yola düşüb və gəmi burada "qəhvəyi" hidrogenin ilk partiyasını götürəcək.  

“Seanews.az” xəbər verir ki, “Kawasaki Heavy Industries” şirkəti  Yaponiya və Avstraliya hökumətləri tərəfindən dəstəklənən 500 milyon dollarlıq (362 milyon dollar) pilot layihəyə rəhbərlik edib. Bir tərəflə səfər təxminən 16 gün çəkəcək. Gəmi Yaponiyaya 2022-ci ilin fevral ayının axırında qayıdacaq.

2021-ci ilin martında pilot layihə çərçivəsində Yaponiya-Avstraliya birgə müəssisəsi qəhvəyi kömürdən hidrogen istehsal etməyə başlayıb. Layihənin məqsədi mayeləşdirilmiş hidrogenin istehsalının və Yaponiyaya təhlükəsiz çatdırılmasının mümkünlüyünü nümayiş etdirməkdir.

Layihənin tərəfdaşları arasında Yaponiyanın “Electric Power Development Co” (J-Power), “Iwatani Corp”, “Marubeni Corp”, “Sumitomo Corp” və Avstraliyanın qəhvəyi kömür hasil   edən “AGL Energy Ltd” şirkətləri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır