Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“CMA CGM” bioyanacağın təchizat sınaqlarına başlayıb

“CMA CGM” şirkəti Sinqapurun Dənizçilik və Limanlar İdarəsi ilə əməkdaşlıq çərçivəsində bioyanacağın təchizat sınaqlarına başlayıb.

“Seanews.az” xəbər verir ki, ilk dəfə fevralın 23-də  10,6 min TEU tutumlu  “APL Paris” gəmisi “bortdan-borta” əməliyyatı ilə yanacaqla təmin edilib.

Sonra konteyner gəmisi “Pacific East Coast 2” xidməti çərçivəsində Asiya - Cənubi Amerika marşrutu üzrə səfərə çıxacaq.

Sınaqlar altı ay davam edəcək. “CMA CGM” şirkətinin  Asiya-Cənubi Amerika, Asiya-Afrika, Asiya-Okeaniya, Asiya-Aralıq dənizi, Şimali Avropa-ABŞ marşrutlarında istismar olunan 2,2 -10,6 min TEU tutumlu 32 konteyner gəmisi sınaqlarda iştirak edəcək.

Gəmilər müxtəlif bioyanacaqlardan, o cümlədən işlənmiş bitki yağı və ənənəvi dəniz yanacağının qarışığından istifadə edəcək. CO2 emissiyalarını 21% azaldacaq belə qarışıqdan bütün növ gəmilərdə istifadə oluna bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır