Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“CULines” 1,9 min TEU tutumlu konteyner gəmisini istismara qəbul edib

Çinin “China United Lines” (“CULines”) konteyner daşıyıcısı 1,9 min TEU tutumlu konteyner gəmisini istismara qəbul edib. Bu, 2021-ci ilin yanvarında Çinin “CSSC Huangpu Wenchong Shipbuilding” gəmiqayırma zavoduna sifariş edilmiş və Nanşadakı Longxue Zavodunda tikilmiş dörd gəmidən birincisidir.

“Seanews.az” xəbər veriri ki, “Bangkok Max” sinifli gəmi "CUL Nansha" adlanır. Uzunluğu 172 metr, eni 27,5 metr olan konteyner gəmisi bütün növ “yaşıl” texnologiyalarla təchiz olunub.

“CUL Nansha” gəmisi  Cənubi Çin - Tayland marşrutunda istismar ediləcək.

“CULines”  öz donanmasını  2024-cü ilə qədər yenilərin tikintisi, o cümlədən təkrar bazarda gəmilərin alınması hesabına artırmaq niyyətindədir. Ümumilikdə şirkət 11 konteyner gəmisi alacaq. Təkcə bu il  donanmasına hər birinin tutumu 1,9 min TEU olan üç yeni və hər birinin tutumu 2,8 min TEU olan iki işlənmiş konteyner gəmisi qəbul edəcək.

 “CU Lines” əvvəllər yalnız Asiyadaxili daşımalarda ixtisaslaşmışdı. 2020-ci ildə şirkət Asiya-Avropa marşrutuna daxil olub.

 “CU Lines” 2020-ci ilin oktyabrında xətt operatorları reytinqində 95-ci yerdən bu il fevralın əvvəlində 22-ci yerə yüksəlib.

2021-ci ildə “CU Lines”  coğrafi genişlənmə baxımından ən sürətlə böyüyən konteyner xətti seçilib. Cəmi altı ay ərzində şirkət bir neçə yeni bazara çıxa bilib. Maraqlıdır ki, xətt adətən daha böyük gəmilərin işlədiyi marşrutlarda kiçik konteyner gəmilərindən istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır