Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Əmirabaddan avqustun 15-də çıxan “Patris” gəmisi sabah Həştərxana yan almalıdır

İranın on dörd quru yük gəmisi olan “Khazar Sea Shipping Lines” (“Khazarshipping”) şirkəti Rusiya limanlarına müntəzəm xətt açıb.

“Seanews.az”-ın məlumatına görə, xətt Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi ilə İranın Yollar və Şəhərsalma Nazirliyi arasında nəqliyyat və tranzit sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində fəaliyyətə başlayıb.

Xidmət çərçivəsində gəmilər həftədə iki dəfə Rusiyanın Həştərxan və Mahaçqala limanlarına səfər edəcək.

“Patris” gəmisi ilk səfərə Əmirabad limanından avqustun 15-də çıxıb və sabah - avqustun 19-da Həştərxana yan almalıdır.

“Kasma”, “Dorita”, “Adrina”, “Nargol”, “Parand” gəmiləri də xəttə cəlb olunacaq.

“Rosmorrechflot” gəmilərin yeni xətt üzrə hərəkət qrafikini də təqdim edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır