Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

65 min ton yükqaldırma qabiliyyətinə malik təyyarədaşıyan gəminin tikintisi müzakirə olunur

Hindistan hökuməti və ölkənin silahlı qüvvələri “Özünü təmin edən Hindistan” proqramı çərçivəsində eksklüziv olaraq respublikanın öz imkanları hesabına yükqaldırma qabiliyyəti 65 min ton olan iri aviadaşıyıcının tikintisini müzakirə edir.

“Seanews.az” xəbər verir ki, bu barədə cümə günü Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin müavini, vitse-admiral Satişkumar Namdeo Qormadeyə istinadən "Times Now" telekanalı məlumat yayıb.

Vitse-admiralın sözlərinə görə, “Vikrant” təyyarədaşıyan gəmisindən sonra növbəti gəminin inşası ilə bağlı danışıqlar davam edir.  Yeni təyyarədaşıyan gəmi 100% hind istehsalı olacaq.

Amma bəzi dairələrdə belə bir gəmiyə ehtiyac olmadığı barədə söhbət də gəzir.  Hər halda, son qərarı Hindistan hökuməti verəcək.

Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrində “Vikramaditya” təyyarədaşıyan gəmisi (keçmiş Rusiyanın “Admiral Qorşkov” aviadaşıyıcısı) var və sentyabrın 2-də Hindistanın Baş naziri Narendra Modi “Vikrant” gəmisinin istismara verilməsini rəsmən elan edəcək. Uzunluğu 262 metr olan "Vikrant"ın ümumi yükqaldırma qabiliyyəti təxminən 45 min tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır