“Taxıl sazişi”nin müddəti uzadılıb
“Taxıl sazişi”nin müddəti uzadılıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. O, “Taxıl sazişi”nin paket xarakterinin təsdiqləndiyini söyləyib
Rusiyalı diplomatın sözlərinə görə, “Taxıl sazişi” eyni şərtlərlə uzadılır: "Rusiya Federasiyası “Taxıl sazişi” üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq".
Qruşko onu da bildirib ki, Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi yavaş-yavaş gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır