Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

İlin ilk dörd ayında Ambarlı limanının qəbul etdiyi yükün həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 6 milyon 637 min 619 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 127 min 640 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 509 min 979 ton yük daşınıb.

“2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Ambarlı limanından 3 milyon 38 min 772 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır