Honkonq limanının konteyner dövriyyəsi azalıb
2023-cü ilin birinci yarısında Honkonq limanının konteyner dövriyyəsi 7,13 milyon TEU təşkil edib.
"Seanews.az" xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,4% azdır.
Cari ilin iyun ayında Honkonqun körpülərindən 1,21 milyon TEU keçib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 23,7% azdır.
Əvvəlki ayla müqayisədə isə limanın konteyner ötürmə qabiliyyəti 2,7% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır