Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

İngiltərədən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında İngiltərədən Türkiyə limanlarına 3 milyon 458 min 441 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İngiltərədən limanlara 16 min 537 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 422 min 915 ton yük çatdırıb.

Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyə limanlarına 18 min 989 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarına İngiltərədən 779 min 901 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır