Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

İstanbul limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İstanbul limanı 670 min 564 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 min 282 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 668 min 282 ton yük daşınıb.

“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İstanbul limanından 20 min 372 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır