Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ilə yük axını 42% azalıb

Süveyş kanalı ilə yüklərin tranziti 2023-cü ilin mayındakı pik nöqtəsindən 42% aşağı düşüb. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Cenevrədə dərc etdiyi hesabata görə, Panama kanalı vasitəsilə daşıma 2021-ci ilin dekabr ayı səviyyəsindən 49% azalıb. UNCTAD-a görə, Süveyş marşrutunda "həftəlik konteyner gəmilərinin tranziti 67% azalıb.

“Seanews.az” xəbər verir ki, konteyner daşımaları üzrə orta yük tarifləri əhəmiyyətli dərəcədə artıb.

"İstehlakçılar bir il ərzində yükdaşıma tariflərinin artmasının tam təsirini hiss edəcəklər", - hesabatda qeyd olunur.

Sənəd müəlliflərinin fikrincə, qeyri-sabitlik amilləri Qırmızı dənizdə gəmilərə hücumlar və neft və taxıl üçün ticarət yollarının dəyişməsinə səbəb olan Ukrayna hadisələri ilə əlaqədar Qara dənizdəki vəziyyətdir. Panama kanalı da öz növbəsində suyun səviyyəsinin azalması ilə üzləşib və bu, "qlobal təchizat zəncirlərinin uzunmüddətli davamlığı ilə bağlı narahatlıqları artıraraq, qlobal ticarət infrastrukturunun kövrəkliyini önə çıxarıb".

Alternativ marşrutların axtarışı yükdaşıma məsafələrinin, ticarət xərclərinin və sığorta haqlarının artmasına səbəb olur. Daha yüksək sürətlə daha uzun məsafələrə səfər etmək zərurəti səbəbindən istixana qazları emissiyaları da artır. Mütəxəssislər hesab edirlər ki, daha yüksək yanacaq istehlakı “Sinqapur və Rotterdam arasındakı marşrutda istixana qazı emissiyalarının 70% artmasına səbəb ola bilər.

UNCTAD belə nəticəyə gəlir ki, daşıma problemləri dayanıqlı həllər tapmaq, xüsusən də bu artımlara daha həssas ölkələrə dəstək olmaq üçün kollektiv səylər tələb edir. Konteyner daşınmasında uzunmüddətli fasilələr qlobal təchizat zəncirlərini təhdid edə və bu, artan xərclər və inflyasiyaya səbəb ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır