Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-13,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ilə yük daşımaları Qırmızı dənizdəki vəziyyətlə əlaqədar üçdə iki qədər azalıb

Qırmızı dənizdə gəmilərə hücumlarından sonra nəqliyyatın istiqamətinin dəyişdirilməsi səbəbindən Süveyş kanalı ilə yük daşımaları ötən il aprel ayına nisbətən üçdə iki qədər azalıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinə  istinadən “The Times” qəzeti yazıb.

Digər mühüm gəmi arteriyası olan Bab əl-Məndeb boğazında 59% az yük daşınıb. Bununla belə, son bir ildə bu marşrutdan istifadə edən gəmilərin sayı 57% artıb.

Əvvəllər bildirildiyi kimi, Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara görə,  böyük konteyner daşıyıcıları Afrika qitəsi ətrafında marşrutdan istifadə edərək daşıma sxemlərini dəyişiblər. Bu, yüklərin Asiyadan Avropaya çatdırılma müddətinin 7 gündən 20 günə qədər artmasına, həmçinin daşıma tariflərinin bahalaşmasına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır