Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Ukrayna Odessa vilayətinin limanları vasitəsilə dəniz ixracatını artırıb

Ukrayna son aylarda Odessa vilayətinin limanları vasitəsilə dəniz nəqliyyatı üzrə ixracatı fəal şəkildə artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli telemarafonun efirində deputat Aleksey Leonov bildirib.

“2024-cü ilin birinci yarısında Odessa bölgəsinin 6 limanı 52,7 milyon ton yük emal edib. 2023-cü ilin eyni dövründə isə 31,3 milyon ton yük emal olunub”, - o deyib.

Deputat qeyd edib ki, ixracın 63,5 faizdən çoxu kənd təsərrüfatı məhsullarının, 36 faizi isə dağ-metallurgiya kompleksi də daxil olmaqla, digər sahələrin məhsullarının payına düşür.

Odessa limanlarının məhsul ixracatındakı payı Ukraynanın iqtisadi sabitliyinin qorunması üçün zəruridir. Qara Dəniz, Cənub və Odessa limanları vasitəsilə kənd təsərrüfatı məhsullarının 75 faizi ixrac edilir və bütün ixrac məhsullarının cəmi 80 faizi Ukrayna istehsalçılarına məxsusdur.

Ötən ilin yekunlarına əsasən, 772 milyon dollar dəyərində taxıl məhsulları ixrac edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır