Çinin dəniz və çay limanlarında 17,6 milyard ton yük aşırılıb
Çinin dəniz və çay limanlarının yük dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 3,7% artaraq 17,6 milyard ton təşkil edib. Dekabrda isə bu göstərici illik müqayisədə 6,3% artaraq 1,55 milyard ton olub.
“Seanews.az” ölkənin Milli Statistika Bürosunun məlumatına istinadən xəbər verir ki, keçən il 11,21 milyard ton (+3,5%), dekabrda isə 950,4 milyon ton (+5,1%) kabotaj yükləri aşırılıb.
Çinin Ninbo-Çjouşan limanı isə ardıcıl 16-cı dəfə təkcə ölkədə deyil, dünyada yük dövriyyəsinə görə liderliyini qoruyub: 2024-cü ildə 1,37 milyard ton yük aşırııb. Limanın konteyner dövriyyəsi isə 11% artaraq 39,3 milyon TEU-ya çatıb.
Qeyd edək ki, 2023-cü ildə Çinin dəniz və çay limanlarında 2022-ci illə müqayisədə 8% çox - 16,97 milyard ton yük aşırılmışdı.