Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

ara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix məlum

Azərbaycan və İranın dəmir yollarını birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti dekabrın 25-də istismara veriləcək. Bu barədə məlumatı İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri verib. O bildirib ki, tərəflər arasında gömrük qeydiyyatı, viza rejimi və İran Astarasında tikilən yük terminalından istifadə qaydaları haqqında da razılıq əldə olunub. Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsi ilə birləşdirəcək. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır