Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

niz suyunda tez parçalanan plastik hazırla

Çin alimləri dəniz suyunda qısa vaxt ərzində parçalana bilən plastik növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək. Çin Elmlər Akademiyasının Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həll olma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir. İnstitutun böyük mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastik növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.  Mütəxəssislərin fikrincə, bu material gələcəkdə bir çox sahələrdə adi plastiki əvəz edə bilər. Qeyd edək ki, okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir.Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır. Olaylar


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır