Gəmilər Helsinki limanına 5100 dəfə yan alıb
2022-ci ilin yanvar-avqust aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artaraq 10,2 milyon tona çatıb.
“Seanews.az”-ın məlumatına görə, yüklərin taralarda aşırılmasının həcmi 7,4% artaraq 8,55 milyon ton, qalaq yüklərin aşırılmasının həcmi 14,8% artaraq 934,6 min ton olub.
Konteyner dövriyyəsi 325 min TEU (2,2% artım) təşkil edib.
Liman vasitəsilə daşınan texnikanın sayı 469,9 min ədəd olub ki, bu da 9,4% artım deməkdir.
Limandan istifadə edən sərnişinlərin sayı 5,38 milyon nəfər (artım179,1%) təşkil edib.
Limana gəmi daxilolmalarının sayı 9% artaraq 5100-ə çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır