Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

diyədək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac ed

İndiyədək Türkiyənin Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac olunub. Bu barədə SOCAR məlumat yayıb. Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə nəql edilir. Bu ilin doqquz ayında BTC vasitəsilə təqribən 25 milyon tondan çox (189 milyon barrel) xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 243 tankerə yüklənib. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır və həmin vaxtdan bu ilin üçüncü rübünün sonunadək boru kəmərlə ümumilikdə 408 milyon tondan çox (təxminən 3,1 milyard barrel) xam neft nəql olunub, Ceyhan limanında 4001 tankerə yüklənərək dünya bazarına göndərilib. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır