Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Ceyhan terminalında neftin yükləmə-boşaltma əməliyyatları bərpa edilib

ürkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti Ceyhan terminalında xam neftin yüklənməsi və boşaldılması əməliyyatlarını bərpa edib.

“Report” xəbər verir ki, bu barədə BOTAŞ-ın sosial media hesabında palyaşım edilib.

“Bu çərçivədə zəlzələdən sonra 3-cü tankerin yüklənməsi əməliyyatı problemsiz davam edir”, - şirkət bildirib.

Məlumata görə, fevral ayının 6-da Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra ehtiyat tədbiri olaraq neft axınının dayandırıldığı bildirilib.

Bundan başqa, Batman Dörtyol Neft Boru Kəmərində də xam neftin yükləmə-boşaltma əməliyyatları da dayandırılmışdı. Artıq bu kəmər də əməliyyatlarını bərpa edib.

Qeyd edək ki, Ceyhan terminalının, həmçinin Batman Dörtyol Neft Boru Kəmərinin sistemi zəlzələdən 39 saat sonra istifadəyə veriib.

Xatırladaq ki, Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. Hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir. Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1 509 afterşok qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır