Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Nigeriya ordusu oğurluq xam neft daşıyan 3 gəmini məhv edib

Nigeriya ordusu hava əməliyyatı ilə oğurlanmış xam neft daşıyan 3 gəmini məhv edib.

Ordu.az xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada "Delta Safe" əməliyyatı çərçivəsində ordunun Rivers əyalətində qeyri-qanuni neft hasilatı ərazilərinə hava hücumu təşkil etdiyini bildirib.

Qabkvet qeyd edib ki, əməliyyatda oğurlanmış xam nefti daşıyan 3 gəmi məhv edilib.

O deyib ki, ordu Rivers əyalətinin paytaxtı Port Harkortdakı qeyri-qanuni neft emalı zavodunda neft məhsulları ilə dolu tanker və anbarları da müəyyənləşdirib və obyekti məhv edib.

Qeyd edək ki, Nigeriyada yüzlərlə qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.

Ölkənin müəyyən edilmiş neft ehtiyatları təqribən 37 milyard bareldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft mədənlərində silahlı qruplar tərəfindən təxribat, qarşıdurmalar, adam oğurluğu kimi hadisələr baş verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır