Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-16,
Seanews
Heyder Eliyev

Bir ay əvvəl Çində suya salınan “Antonie” gəmisi fevralın ortalarında Niderlanda çatdırılmalıdır

 

Niderlandın “Concordia Damen” gəmiqayırma zavodu tərəfindən “Lenten Scheepvaart” şirkəti üçün inşa edilən “Antonie” gəmisinin gövdəsi Panama bayrağı altında üzən “Sun Shine” ağır yük gəmisinə yüklənib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, gəminin uzunluğu 135 metr, çəkisi isə 3700 tondur. Hidrogen yanacağı ilə işləyəcək və bir ay əvvəl Çində suya salınan “Antonie” gəmisi fevralın ortalarında Niderlanda çatdırılmalıdır.

“Lenten Scheepvaart” şirkəti Niderlandın Dövlət İnfrastruktur və Su Təsərrüfatı Departamentindən subsidiya alıb. Ölkənin hakimiyyət orqanları yaxın illərdə daxili naviqasiyada atmosferə sıfır zərərli emissiyaya nail olmaq ümidi ilə hidrogenin yanacaq kimi istifadəsinin inkişafını stimullaşdırır.

"Daxili sularda gəmiçilik sektorunun yaşıllaşdırılmasını çox istəyirik və biz bu istiqamətdə ardıcıl tədbirlər görəcəyik. İnanıram ki, sektorumuzda emissiyaları azaltmaq üçün çox həll yolu tapılacaq. Hidrogen, yəqin ki, kabotaj gəmiçiliyində sıfır emissiyaya nail olmaqda mühüm rol oynayacaq və “Lenten Scheepvaart” bu işdə liderlik rolunu üzərinə götürdüyünə görə təqdir edilməlidir”, - “Concordia Damen”-in baş direktoru Kris Kornet  deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır