Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Türkiyə şirkəti Ukraynanı üzən elektrik stansiyaları ilə təmin edəcək

 

Türkiyənin "Karpower International" (“Karpowership”) üzən elektrik stansiyalarının istehsalı üzrə şirkəti Ukraynanın “Enerji Şirkəti” SC ilə enerji təchizatı sahəsində əməkdaşlığı genişləndirmək niyyəti haqqında saziş imzalayıb.

Bu barədə “Offshore Energy” portalı məlumat verir.

Tərəflər 500 MVt gücündə elektrik enerjisi istehsalı layihəsinin hazırlanması və maliyyələşdirilməsi üçün milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək barədə razılığa gəliblər ki, bu da 1 milyondan çox mənzili elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.

Moldova və Rumıniya sahillərində Ukrayna şəbəkəsinə qoşulan və elektrik enerjisinin ötürülməsi ilə “Powerships” tipli üzən elektrik stansiyalarının yerləşdirilməsi imkanları nəzərdən keçirilir. Nəticədə şirkətlər layihənin həyata keçirilməsinin mümkünlüyünü qiymətləndirmək üçün iki ölkənin səlahiyyətli orqanlarını layihəyə cəlb edəcəklər.

“Karpowership” Afrika, Yeni Kaledoniya və Braziliyada fəaliyyət göstərir. Türkiyə şirkəti regiondakı enerji böhranını yüngülləşdirmək məqsədilə “Powerships”  vasitəsilə 2 GVt-a qədər elektrik enerjisinin tədarükü üçün bir sıra Avropa ölkələri ilə danışıqlar aparır.

 “Powerships” gəmiyə quraşdırılmış, mövcud infrastrukturdan istifadə etməklə birbaşa ölkənin elektrik şəbəkəsinə qoşula bilən tam inteqrasiya olunmuş üzən elektrik stansiyalarıdır. Türkiyə şirkəti hesab edir ki, belə üzən elektrik stansiyası 30 gündən az müddətdə istismara hazır ola bilər.

“Karpowership” LNG, aşağı kükürd və biodizel də daxil olmaqla bir çox yanacaqla işləyə bilən 36 gəmidən ibarət donanmanı idarə edir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır