Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

ABŞ xarici ölkələrdə istehsal olunan liman kranlarını qadağan etmək istəyir

“Liman kranlarının təhlükəsizliyi və təftişi  haqqında” Qanun layihəsi ABŞ Konqresinə təqdim edilib.

Qanun layihəsinə əsasən, bütün limanlar  ABŞ-ın milli təhlükəsizliyə təhdid olduğu ehtimal edilən kranları istismardan çıxarmalıdır. Qanunvericiliyə bu cür dəyişikliklər ötən il KİV-də limanlarda əməliyyatların monitorinqi üçün xaricdə istehsal olunan kranlardan istifadə oluna biləcəyi barədə xəbərlərdən sonra təklif edilib. Həmin vaxt Amerika Liman Rəhbərləri Assosiasiyası bu cür təkliflərə qəti etirazını bildirmişdi.

Qanun layihəsi ABŞ Sahil Mühafizəsi, Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (CISA) və Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının nümayəndələrinin daxil olduğu Nümayəndələr Palatasının Nəqliyyat və Dəniz Təhlükəsizliyi üzrə Daxili Təhlükəsizlik Alt Komitəsində dinləmələrdən keçib.

“Bir neçə ildir ki, limanlarımızda kranların əsasən Çin istehsalı olmasından danışıram. Mən xüsusilə Çin texnologiyası və avadanlıqlarının istifadəsi, eləcə də liman sənayesinin Çin kranlarına həddən artıq etibar etməsindən narahatam”, - Komitənin sədri Karlos Gimenez bildirib.

“Maritime Executive”-nin məlumatına görə, dünya üzrə limanlarda işləyən yüksək tutumlu kranların 70-80%-i Çinin “ZPMC” şirkəti tərəfindən tikilir.

Qanun layihəsinin müəlliflərindən biri Con Qaramendinin fikrincə isə strateji əhəmiyyətli liman infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün ABŞ-da liman kranlarının istehsalı zəruridir.

“Amerika Liman Rəhbərləri Assosiasiyası dəfələrlə vurğulamışdır ki, “sensasiyalı iddialara” baxmayaraq, liman əməliyyatlarına zərər vurmaq və nəzarət etmək məqsədilə kranlardan istifadə edildiyinə dair heç bir sübut yoxdur. Assosiasiya bütün proqram təminatının təhlükəsizlik baxımından hərtərəfli sınaqdan keçirildiyini vurğulayıb. Bundan əlavə, proqram təminatının böyük hissəsi Yaponiya və İsveçdə hazırlanmışdır. Kranlar yükün mənşəyini, təyinatını və ya nomenklaturasını izləmir”, - nəşr yazır.

Qanun layihəsində nəzərdə tutulub ki, qanunun qəbulundan sonra altı ay müddətində xarici istehsalat olunan bütün liman kranları təhlükəsizlik baxımından yoxlanılmalı və sertifikatlaşdırılmalıdır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır