Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı modernləşdirilir

Suya oturumu 4,5 metrədək  olan gəmilər tezliklə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı ilə hərəkət edə biləcəklər. Bu, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının modernləşdirilməsi sayəsində mümkün olacaq.

“Seanews.az” “İnterfax”-a istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “VIII Xəzər Media Forumu”nun açılışında bildirib.

“Bu ilin fevralında Rusiya Prezidenti Vladimir Putin “Şimal-Cənub” dəhlizini Rusiyanın inkişafı üçün strateji layihə kimi təyin etdi. “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm qovşağı olacaq Həştərxan vilayəti qarşısında vacib tapşırıqlar qoydu. Bunun üzərində fəal işləyirik. Biz Volqa-Xəzər dəniz gəmiçiliyi kanalını yüksək templə modernləşdiririk. Yaxın vaxtlarda suyaoturumu 4,5 metrədək olan gəmilər Volqa-Xəzər dəniz gəmiçiliyi kanalından  keçə biləcəklər”, - deyə Babuşkin bildirib.

Qubernator aydınlaşdırıb ki, yüklər artıq “Şimal-Cənub” dəhlizi ilə Həştərxan vilayətindən keçməklə Rusiya və Belarusdan İran, İraq, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə göndərilir. Afrika perspektivli bir istiqamətə çevrilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır