Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb

ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə bir Amerika döyüş gəmisinə və bir çox ticarət gəmisinə hücum edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Pentaqondan verilən yazılı açıqlamada Qırmızı dənizdəki hücumların İsrailin Qəzzaya hücumları ilə əlaqəli ola biləcəyi bildirilib.

“Biz Qırmızı dənizdə gəmilərə hücumlardan xəbərdarıq və məlumat əldə olunduqca paylaşacağıq”, - deyə Pentaqonun açıqlamasında bildirilir.

Açıqlamada sözügedən hücumların kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır