Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

Rusiya 2024-2025-ci illər üçün IMO Şurasına üzv qəbul edilməyib

Rusiya 2024-2025-ci illər üçün IMO Şurasına (Beynəlxalq Dəniz Təşkilatı, IMO) daxil edilməyib. Assambleya üzvlərinin səsverməsi 1 dekabr 2023-cü il, cümə günü keçirilib. Onun nəticələri IMO-nun rəsmi saytında dərc olunub.

İMO Şurasına ümumilikdə 40 yer ayrılıb. Üzvlər gizli səsvermə yolu ilə seçilir. Bu dəfə üzv olmaq üçün 45 ölkə öz namizədliyini təqdim edib. Rusiyadan başqa, Belçika, Polşa, Cənubi Afrika Respublikası və Tayland da kifayət qədər səs toplaya bilməyib.

Şuraya daxil olmaq üçün müraciət edən dövlətlər üç böyük qrupa bölünür. Rusiyanın aid olduğu birinci qrupa 10 aparıcı dəniz dövləti, ikinciyə beynəlxalq dəniz ticarəti baxımından əhəmiyyətli olan 10 digər dövlət, üçüncüyə dünyanın müxtəlif regionlarını təmsil etmək üçün Şuraya seçilmiş 20 dəniz dövləti daxildir.

Şura IMO-nun icraedici orqanıdır və Assambleyanın rəhbərliyi altında beynəlxalq təşkilatın işinə nəzarət etmək üçün məsuliyyət daşıyır. Sessiyalar arasında Şura dəniz təhlükəsizliyi və çirklənmənin qarşısının alınması məsələlərində hökumətlərə tövsiyələr vermək istisna olmaqla, Assambleyanın funksiyalarını yerinə yetirir.

Dekabrın 7-də Yeni Şura toplanaraq onun sədrini və onun müavinini seçəcək.

Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 2024-2025-ci illər üçün aşağıdakı dövlətləri - Çin, Yunanıstan, İtaliya, Yaponiya, Liberiya, Norveç, Panama, Koreya Respublikası, Böyük Britaniya, ABŞ, Avstraliya, Braziliya , Kanada, Fransa, Almaniya, Hindistan, Niderland Krallığı, İspaniya, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Baham adaları, Banqladeş, Çili, Kipr, Danimarka, Misir, Finlandiya, İndoneziya, Yamayka, Keniya, Malayziya, Malta, Meksika, Mərakeş, Peru , Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur və Türkiyəni Şuranın üzvü seçib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır