Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

Böyük konteyner xətləri Avropadaxili bazarda üstünlük təşkil edir

Böyük konteyner xətləri Avropadaxili bazarda fider operatorlara üstünlük verirlər.

“Seanews.az” “Alphaliner”-in yeni hesabatına istinadən xəbər verir ki, dəniz daşıyıcıları daha çox fider və servis xidmətləri təklif etməklə Avropa bazarlarına çıxmaq istəyirlər.

Son 12 ay ərzində Avropadaxili bazarda iri konteyner xətlərinin ümumi payı 71% təşkil edib. Müvafiq olaraq, ənənəvi regional daşıyıcıların və fider operatorlarının payı 29% olaraq qalır.

Beləliklə, birinci yeri 2023-cü ildə bu bazarda daşıma qabiliyyətini demək olar ki, 340 min TEU artıran “MSC” tutur, 2022-ci ildə bu göstəricisi 316,8 min TEU təşkil edib. Xüsusilə, “MSC” 6,3-7,8 min TEU tutumlu altı konteyner gəmisini 8-9,2 min TEU tutumlu eyni sayda gəmi ilə əvəz edərək, Şimali Avropa - Şərqi Aralıq dənizi marşrutu üzrə ekspress xidmətin tonajını artırdı.

“CMA CGM” ikinci yerdədir. Şirkət Avropadaxili marşrutlarda daşıma qabiliyyətini 2022-ci ildəki 157,6 min TEU-dan 2023-cü ildə 181,2 min TEU-ya yüksəldib.

Üçüncü yerdə keçən il “MSC” ilə “2M” alyansının dağıldığını elan etdikdən sonra daşıma qabiliyyətini 110 min TEU-dan 133,6 min TEU-ya yüksəldən “Maersk” şirkətidir.

“Maersk” il ərzində həm daşıma qabiliyyətini, həm də Avropadaxili bazarda payını - 11,3%-dən 11,7%-ə qədər artırmağı bacaran dörd ən böyük xəttdən yeganə gəmiçilik xəttidir.

“MSC”-nin payı isə əksinə, 32,6%-dən 29,7%-ə qədər azalıb. “CMA CGM”-in bazar payı 16,2%-dən 15,8%-ə, “COSCO” payı isə 6,7%-dən 5,6%-ə düşüb.

“Son 12 ay ərzində “Maersk” daşıma qabiliyyətini 6,5 min TEU artıraraq üç yeni Avropadaxili xidmətə başlayıb. Buraya 2136 TEU tutumlu dünyanın ilk iki yanacaqlı metanol konteyner gəmisi “Laura Maersk”in işlədiyi Almaniya – İsveç – Danimarka marşrutu daxildir”, - deyə “Alphaliner” şərh edir.

Beşinci ən böyük Avropadaxili operator Türkiyənin “Arkas Line” daşıyıcısıdır. Onun daşıma qabiliyyəti 2022-ci ildəki 44,9 min TEU-ya qarşı 2023-cü ildə 54,5 min TEU təşkil edib.

“Unifeeder” 2023-cü ildə tonajı 45,9 min TEU-dan 50,4 min TEU-ya, “X-Press” isə 26,5 min TEU-dan 30 min TEU-ya qaldırıb.

"Lakin bu, Qırmızı dənizdə vəziyyətin təsiri ilə yaxın aylarda dəyişə bilər", - deyə “Alphaliner” xəbərdarlıq edir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır