Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

Böyük konteyner daşıyıcıları Çindən Meksikaya gəmiçilik xətti açırlar

Böyük konteyner xətləri Çindən Meksikaya birbaşa xidmətlər açır və bu, həmin ölkələr arasında ticarət həcmlərinin artdığını göstərir.

“Seanews.az” bu barədə “The Loadstar”a istinadən xəbər verir.

“Çin ixracatçıları arasında Meksikaya marağın artması Çin şirkətlərinin, o cümlədən bu ölkədəki istehsala böyük həcmdə birbaşa investisiyalarının nəticəsi ola bilər”, - nəşr yazır.

“The Loadstar” əlavə edir: "İkinci ehtimal Meksikanın Sakit okean sahilindəki limanlarının ABŞ bazarına ABŞ-ın Çin malları və məhsullarına artırılmış rüsumlardanqaçmaq üçün alternativ qapı təmin etməsidir".

Çin və Meksika arasında ticarətin təhlili göstərir ki, Meksikanın üç əsas limanı olan Manzanillo, Lázaro Kardenas və Ensenadada ötürücülük təxminən 12% artıb.

Bu ölkələr arasında artan ticarət fonunda, “CMA CGM”  mayın 11-dən səkkiz konteyner gəmisi ilə işləyəcək həftəlik “Mexico Express” (“M2X”) xidmətini işə salır. Daşıyıcının fikrincə, "Bu təşəbbüs bölgədəki bazar dinamikasına cavab verir".

“OOCL” və “COSCO” şirkətləri mayın 15-də Çin-Meksika birgə xidmətini də işə salmağı planlaşdırır. “MSC” şirkəti isə həmin gün özünün bu ölkələri birləşdirən xidmətini təqdim edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır