Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ZGTTZ sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisələri arasında yer alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçirdiyi müsabiqənin qalibləri arasında yer alıb.

Bununla əlaqədar, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna müsabiqənin Fəxri Diplomu təqdim ediblər.

ASCO-nun bütün strukturlarında olduğu kimi, ZGTTZ-də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. Zavodda işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hər il 28 Aprel - Dünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirdiyi müsabiqənin məqsədi ictimaiyyətin diqqətini əməyin mühafizəsi və təhlükəsizliyinə yönəltməkdir. Müsabiqə qalibinin qiymətləndirilməsinə iş yerlərində ictimai nəzarətin gücləndirilməsi, işçilər üçün əmək şəraitinin yaxşılaşdırılması və ən əsası insan həyatının təhlükəsizliyinin qorunmasında aparılan işlər əsas meyar kimi götürülür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır