Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

İsrail Qəzzada müvəqqəti limanın təhlükəsizliyinə razılıq verib

İsrail ordusu humanitar yardımların dəniz yolu ilə daşınması üçün ABŞ-ın Qəzza zolağında tikəcəyi müvəqqəti limanın təhlükəsizliyini təmin etməyə razılaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə amerikalı rəsmilərinə istinadla “Politico” qəzeti məlumat yayıb.

Rəsmilər bildiriblər ki, İsrail amerikalı personal tərəfindən liman tikintisi zonasında təhlükəsizlik zonası yaratmağa, ərazini və humanitar yardımın boşaldılması və paylanmasında iştirak edənləri mühafizə etməyə razılaşıb. Nəşrin mənbələri belə bir fəaliyyət planının müzakirə olunduğunu və hələ təsdiqlənmədiyini dəqiqləşdirib. Mümkündür ki, anklavın sahilində obyektin dəqiq harada yerləşəcəyindən asılı olaraq üçüncü ölkə təhlükəsizlik yardımı göstərə bilər.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi nəşrə təsdiqləyib ki, hərbçilər layihənin həyata keçirilməsində, şübhəsiz ki, Amerika hərbçiləri ilə koordinasiya aparacaqlar, lakin digər təfərrüatları açıqlamayıblar.

Qeyd edək ki, martın 7-də ABŞ Prezidenti Co Bayden Fələstin anklavına dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün Qəzza zolağında müvəqqəti liman tikmək qərarını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır