“Maersk Shekou” konteyner gəmisi Avstraliyanın yelkənli təlim gəmisinə ciddi ziyan vurub
Fremantl limanında “Maersk Shekou” yük gəmisi “Leeuwin II” yelkənli təlim gəmisi ilə toqquşub. Yelkənli gəmiyə ciddi ziyan dəyib – hər üç dor ağacı sınıb və iki heyət üzvü yüngül xəsarət alıb.
“Seanews.az” xəbər verir ki, fırtına zamanı konteyner gəmisi həm də yaxınlıqdakı Fremantle Dəniz Muzeyinin damına çırpılıb. “Maersk Shekou”-nun arxa tərəfinə ziyan dəyib.
Yelkənli təlim gəmisi “Leeuwin Ocean Adventure Foundation”-a məxsusdur. “Leeuwin II”-yə ciddi ziyan dəysə də, gövdəsinin bütöv olduğuna ümid edilir, - fondun sədri Jay Wetherill deyib.
Hazırda Fremantle limanı, Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi və Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır