Misir Prezidenti: Qırmızı dənizdəki vəziyyətlə əlaqədar Süveyş kanalının gəlirləri 50-60 faiz azalıb
Qırmızı dənizdəki vəziyyət və bunun nəticəsində Süveyş kanalında gəmiçilik fəaliyyətinin azalması ilə əlaqədar Misirin maliyyə itkiləri cari ilin əvvəlindən 6 milyard dollardan çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti Əbdülfəttah əs-Sisi deyib.
“Son 8 ayda Süveyş kanalının gəlirləri təxminən 50-60 faiz azalıb. Beləliklə, bizim məruz qaldığımız maliyyə itkiləri 6 milyard dolları ötüb”, - deyə Misirin “Al Youm as-Sabia” portalı dövlət başçısının sözlərindən sitat gətirib.
Misir lideri, həmçinin qeyd edib ki, Qahirə bölgədəki vəziyyətdən son dərəcə narahatdır, çünki mövcud vəziyyət münaqişənin daha da genişlənməsinə gətirib çıxara bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır