Barents dənizində heyət üzvü gəmidən dənizə düşüb
Barents dənizində “Suntar” gəmisinin heyət üzvü dənizə düşüb.
“Seanews.az” xəbər verir ki, “Antey Sever” şirkəti heyət üzvünün “Suntar” gəmisinin bortundan düşməsi faktını təsdiqləyir. Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.
Ailəsinə və qohumlarına başsağlığı verən şirkət həmçinin əlavə məlumat əldə olunduqca təqdim edəcəyinə söz verib.
“Arctic TV” şirkətinin məlumatına görə, “Murmanryba” xilasedici yedək gəmisi dənizçinin axtarışına çıxıb. Axtarış-xilasetmə əməliyyatı aparılan ərazidə hava pisləşir: yüksək dalğalar və güclü külək buzlanma təhlükəsi yaradır.
Yaponiya istehsalı olan “Suntar” 1989-cu ildə suya buraxılıb. Açıq mənbələrdən əldə edilən məlumata görə, o, “Antey” şirkətlər qrupunun donanmasına daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır