nin ilk yerli istehsalı olan avidaşıyıcı gəmisinin son testi keçirilə
Çinin ilk yerli istehsalı olan avidaşıyıcı gəmisi “Type 001A”-nın son testləri gerçəkləşdiriləcək. “Seanews.az” xəbər verir ki, artıq “Type 001A” test məqsədilə çoxlu sayda yedək gəmisinin müşayiəti ilə tərsanəni tərk edib. Testə bir ədəd “J-15” döyüş təyyarəsinin elektron döyüş sistemləri ilə təmin olunmuş versiyası və bir ədəd “Z-18” helikopterinin qatılacağı bildirilib. Bu dəfəki sınaqda döyüş təyyarələrinin gəmiyə enmə və qalxma əməliyyatları test ediləcək. Testlərdən sonra təyyarədaşıyan gəmi Çin Dəniz Qüvvələrinin donanmasının tərkibinə daxil ediləcək. Tikintisinə 2013-cü ildə başlanan gəminin uzunluğu 315, eni 75 metrdir. Onun ağırlığı 70 min ton, sürəti 31 knotdur. Gəminin 36 ədəd “J-15” döyüş təyyarəsini daşıma imkanına malik olduğu bildirilir. Çinin ilk aviadaşıyıcı gəmisi “Liaoning” 1998-ci ildə Ukraynadan alınıb.