Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turniri təşkil ediləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və struktur idarələrinin əmədaşları arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turniri təşkil ediləcək.

Turnir 10 may 2023-cü il tarixində “Bibiheybət” Gəmi Təmiri Zavodunun futbol meydançasında keçiriləcək.

Yarışda iştirak etmək istəyən komandalar Sosial inkişaf və nəqliyyat departamentinə müraciət edə bilərlər.

Ölkəmizdə idmanın inkişafına Ümummilli lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərilib. Məhz, ASCO-da  təşkil olunan idman turnirləri də idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır