Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dardanel boğazında hərəkət müvəqqəti olaraq dayandırılıb

Dardanel boğazında gəmi nasazlığı səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Liberiya bayrağı altında üzən, uzunluğu 183 metr olan “Sappho” tankerinin Mərmərə dənizindən Egeyə çıxışda boğazın ağzında olduğu bildirilib.

Məlumata görə, nasazlıq səbəbindən gəmi öz mühərrikləri ilə hərəkətini davam etdirə bilmir. Tankerin yanına Türkiyə Sahil Mühafizəsinin yedək gəmiləri göndərilib və onu kanalın əsas keçid yolundan təhlükəsiz yerə aparacaq.

Qeyd edək ki, gəmi İstanbuldan Yunanıstanın Kalamata limanına hərəkət edib.

Oxu.az

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır