miçilik iki açıq müsabiqə elan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC iki yeni açıq müsabiqənin keçirilməsinə dair elan verib. Müsabiqələrdən biri sərnişin gəmilərinə hidravlik yağların satınalınması məqsədi daşıyır. Digəri isə KPM-32/16 markalı liman kranın təmir olunaraq, yeni yerdə quraşdırılıb istismara buraxılması xidmətinin satınalınması ilə bağlıdır. Hər iki müsabiqə üçün son müraciət tarixi kimi 2017-ci il iyunun 9-u müəyyənləşdirilib. İştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Ünvan: Bakı şəhəri, Rəsulzadə küçəsi 5, əlaqə telefonu (012) 493-41-52
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır