Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Norsepower” bir tankerə iki rotorlu yelkən quraşdıracaq

Köməkçi mühərrik sistemlərinin tanınmış istehsalçısı olan Finlandiyanın “Norsepower Oy Ltd.” şirkəti Fransanın aparıcı gəmi sahibi və operatoru “Socatra” ilə MR sinifli “Alcyone” tankerini iki “Norsepower Rotor Sails™” ilə təkmilləşdirmək üçün müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, 2022-ci ildə inşa edilmiş dedveyti 50 min ton olan tanker Fransa bayrağı altında qeydiyyatdan keçib. “TotalEnergies” enerji şirkətinə taym-çarterə verilən gəmi iki “Norsepower” (35m x 5m)  rotor yelkəni ilə təchiz olunacaq. 2023-cü ilin dekabrında Çindəki yeni istehsal mərkəzindən gətiriləcək sistem bloklarının gəminin bortunda quraşdırılması cari ilin 4-cü və ya 2024-cü ilin birinci rübünə planlaşdırılıb.

Hesablamalar göstərir ki, gəmi Cənubi Koreya və Fransız Polineziyası arasında üzərkən belə yelkənlərdən istifadə nəticəsində yanacaq və karbon emissiyaları orta hesabla 8% azalacaq.

“Norsepower Rotor Sails” ilk dəfə 2014-cü ildə dəstəkləyici və ekoloji cəhətdən təmiz bir həll kimi bazara təqdim edilmişdir. Anton Flettnerin  boru yelkəni texnologiyası hələ 1925-ci ildə külək enerjisindən istifadə edən köməkçi hərəkət gəmisi kimi hazırlanmışdır. “Norsepower” şirkəti Flettnerin rotorunu təkmilləşdirib.

Rotorun təkmilləşdirilmiş “Norsepower” versiyası yığcamdır və hündürlüyü 24 metr, diametri 4 metr olan içi boş silindrdir. Boru yelkənin istismarı zamanı silindr öz oxu ətrafında fırlanır. Hərəkətçinin işi fırlanan cismin ətrafında hava axınının əlavə qüvvə yaratdığı fiziki bir hadisəyə əsaslanır.

Finlandiyanın “Norsepower Oy Ltd” şirkəti alternativ enerji mənbələri üçün texnologiyalar, gəmiçilik sənayesi üçün müasir köməkçi külək turbinləri hazırlayır. Ətraf mühitin mühafizəsi tələbləri artıqca rotor yelkən anlayışı beynəlxalq gəmiçilik sənayesində daha çox nüfuz qazanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır