Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Candela” şirkəti yeni elektrik katerini təqdim edib

İsveçin elektriklə işləyən kiçik gəmilər istehsalçısı “Candela”, elektrik avtomobil akkumulyatoru istehsalçısı “Polestar” ilə əməkdaşlıq nəticəsində hazırlanmış yeni “Candela C-8” elektrik kateri layihəsini təqdim edib.

“Seanews.az”-ın məlumatına görə, bu layihə barədə ilk dəfə 2022-ci ilin avqustunda danışılıb. Bu kiçik qayıqlar seriyası istismar sürəti ilə ən uzun üzmə məsafəsinə malik dünyanın ilk elektrik motorlu kateri olacaq.

“Candela C-8” kateri “Polestar-2” ilə eyni 69 kVt-saat batareya və DC enerji doldurma texnologiyasına malik olacaq. 22 knot (25 mil/saat) sürətlə 57 dəniz mili məsafə qət edə bilər ki, bu, adi sürətli elektrik qayıqlarından iki-üç dəfə çoxdur.

Uzunluğu 8,5 metr, eni 2,5 metr, çəkisi 1,7 min kq olan kater dənizə 8 sərnişinlə çıxacaq. Maksimum sürəti 27 düyündür (saatda 31 mil).

İsveç şirkəti “Candela” 2014-cü ildə Qustav Hasselski tərəfindən təsis edilib. Şirkətin Stokholm, San Fransisko və Kannda ofisləri var. Kiçik gəmilərin tikintisi üçün istehsal müəssisələri Stokholmda yerləşir. “Candela” dünyanın ilk elektrik və sualtı qanadlı qayıqlar istehsalçısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır