Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“MacGregor” iki ixtisaslaşmış dəniz avtomobil daşıyıcısı üçün avadanlıq tədarük edəcək

“MacGregor” şirkəti minik və yük maşınlarını daşıyan iki xüsusi PCTC tipli gəminin avadanlıqlarının tədarükü üçün müqavilə bağlayıb.

“Seanews.az”-ın məlumatına görə, gəmilərRo-Ro daşıyıcısı “Sallaum Lines” şirkəti üçün “Fujian Mawei Shipbuilding Ltd”-nin zavodunda tikiləcək.

Hər iki gəmi iki yanacaqlı mühərriklərlə təchiz ediləcək ki, bunun sayəsində onlar LNG ilə işləyə biləcək. Bu gəmilər şirkətin donanmasının ən yeni gəmiləri olacaq. Onların təhvil verilməsi 2024-cü ilin dördüncü rübündən 2026-cı ilin ikinci rübünə qədərki dövrə planlaşdırılır.

“Cargotec” Korporasiyasına daxil olan “MacGregor” dəniz sənayesi üçün müxtəlif sistemlərin, o cümlədən limanlarda, terminallarda və dənizdə istehsal platformalarında, eləcə də gəmilərdə yükvurma-yükboşaltma avadanlığının istehsalı üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır