Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

“COSCO” konteyner gəmilərini metanolla işləməyə uyğunlaşdırır

“COSCO Shipping” Şanxayda keçirilən “Marintec China” sərgisində bir sıra konteyner gəmilərində iki yanacaqlı metanol mühərriklərinin quraşdırılmasına dair müqavilələr imzalayıb.

“Seanews.az” xəbər verir ki, işlər “COSCO” qrupuna daxil olan “COSCO Shipping Heavy Industry” gəmiqayırma zavodunda görüləcək.  “MAN Energy Solutions” və “Wärtsila” şirkətləri avadanlıq təchizatçıları olacaq.

13,8 min TEU tutumlu dörd gəmi və 200 min tonluq dörd gəmi modernləşdiriləcək. Onlar mühərrik istehsalçıları arasında bərabər paylanacaqlar.

“Splash24/7”-nin “MAN”-a istinadən verdiyi məlumata görə, ilk konteyner gəmisinin 2025-ci ilin ikinci rübündə uyğunlaşdırılması planlaşdırılır, o, “S90-LGIM” mühərriki ilə təchiz edilmiş ilk gəmi olacaq.

Alman istehsalçısına görə, təkmilləşdirmə seçimində daha doqquz 20 minlik var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır