Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“ABS” dənizdə hidrogen və ammonyak istehsalı platforması üçün konsepsiyanı bəyənib

Koreya Gəmiqayırma və Elmi-Tədqiqat Layihə İnstitutu (KRISO) hidrogen və ammonyak istehsalı üçün dəniz platformasının layihəsini hazırlayıb.

Amerika Təsnifat və Sertifikatlaşdırma Cəmiyyətinin bəyanatında deyilir ki, o, “ABS”-dən təsdiq sertifikatı alıb.

Cənubi Koreya mütəxəssislərinin fikrincə, platforma ekoloji cəhətdən təmiz hidrogen istehsal edəcək. Bu zaman dənizdəki külək stansiyasının istehsal etdiyi elektrik enerjisindən istifadə olunacaq.

Prinsipcə təsdiqi üçün təklif olunan konsepsiyanı təhlil edərkən “ABS”-nin mütəxəssisləri istehsal təhlükəsizliyinə və layihənin praktiki həyata keçirilməsi imkanlarına xüsusi diqqət yetiriblər.

1862-ci ildə yaradılan Amerika Gəmiçilik Bürosu (“ABS”) beynəlxalq sertifikatlaşdırma və təsnifat cəmiyyətidir və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) 13 üzvündən biridir. “ABS” gəmi konstruksiyası və texniki xidmət standartlarının işlənib hazırlanması və sınaqdan keçirilməsi üzrə ixtisaslaşıb və bunun əsasında təsnifat aparır, dəniz gəmilərinin tikintisi, təmiri və istismarına texniki nəzarəti həyata keçirir, naviqasiya təhlükəsizliyi tələblərinə uyğunluğunun təsnifatı və yoxlanılması ilə məşğul olur. Baş ofisi Hyustonda (Texas, ABŞ) yerləşən şirkətin dünyanın 70 ölkəsində 200-dən çox nümayəndəliyi var.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır