Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Britaniya alimləri süni intellektə malik balıq ovu toru hazırlayıblar

Böyük Britaniyada dünyanın ilk süni intellektlə idarə olunan “Smartrawl” balıq toru hazırlanıb və sınaqdan keçirilir. Gözlənilir ki, bu balıq ovu qurğusu qeyri-məqsədli ovu əhəmiyyətli dərəcədə azaldacaq.

“Seanews.az” xəbər verir ki, sualtı robot çeşidləmə cihazının konsepsiyası hələ 2017-ci ildə təqdim edilib. Balıq ovu zamanı stereo kamera sistemi balıqları tanımaq üçün təsvirləri ötürür. Torda hədəf olmayan balıq varsa, onun sərbəst keçdiyi qapılar açılır.

Belə bir texnoloji həll hədəf olmayan dəniz canlılarını tutma hallarını aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur, çünki atılan dəniz balıqlarının 46%-ə qədərini çox vaxt ölü balıqlar təşkil edir.

Yeni balıq ovu texnologiyası Heriot-Uatt Universiteti tərəfindən “FIS” ilə əməkdaşlıqda hazırlanıb və Böyük Britaniya Dəniz Məhsulları İnnovasiya Fondu (“UK Seafood Innovation Fund”) tərəfindən dəstəklənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır