Nəhəng yelkənli gəmi ilk səfərinə çıxıb
Fransanın Le Havre şəhərindəki limandan "Anemos" adlı böyük yelkənli yük gəmisi yola düşüb.
"Seanews.az" ABC.AZ-a istinadən xəbər verir ki, gəmi Atlantik okeanı üzərindən Nyu-Yorka 6700 km-dən çox məsafə qət edəcək.
"Anemos" Fransanın Trans Oceanic Wind Transport (TOWT) şirkəti tərəfindən inşa edilib. Gəminin uzunluğu 80, eni 15 metrdir.
TOWT hər il cəmi 200.000 ton yük daşıya bilən ən azı səkkiz gəmidən ibarət bir donanma qurmağı planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır