Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

"Ørsted” şirkəti “FlagshipONE” proqramını təxirə salıb

Danimarkanın “Ørsted” neft və qaz şirkəti tələbatın olmaması səbəbindən “FlagshipONE” layihəsi çərçivəsində gəmi elektron yanacağını tədarük etməyəcək.

Bu barədə “Maritime Executive” nəşri yazır: “Bərpa olunan enerjinin istehsalı üzrə ixtisaslaşan “Ørsted” şirkəti flaqman zavodundan münasib qiymətə elektron yanacaq tədarükü üçün müqavilə əldə edə bilməyib və bununla da alternativ gəmi yanacaqları bazarında problemləri üzə çıxarıb. "Ørsted” şirkəti  “FlagshipONE” proqramını təxirə salıb."

“FlagshipONE” layihəsi elektron metanol istehsalı zavodunun tikintisini nəzərdə tuturdu. Bu, ekoloji cəhətdən təmiz, karbonsuz, elektriklə istehsal olunan yanacaqdır. İllik 50 min ton həcmində e-metanolun istehsalına 2025-ci ildə başlanılması planlaşdırılırdı.

Şirkət məqbul qiymətə elektron yanacağın tədarükü üçün uzunmüddətli müqavilələr bağlaya bilmədi və 220 milyon dollarlıq “FlagshipONE” layihəsinin həyata keçirilməsi ilə bağlı itkilərə görə layihəni təxirə salmalı oldu.

“Gəmi e-yanacağı ilə bağlı əsas problemlərdən biri qiymətinin ənənəvi yanacağın qiymətlərindən xeyli yüksək olmasıdır. Bu qiymət fərqini aradan qaldırmaq və tələb yaratmaq üçün subsidiyalar lazımdır. Metanolun tərəfdarı olan “Maersk” də bu yaxınlarda bununla bağlı narahatlığını etiraf etdi və LNG ilə yanaşı, digər bioyanacaqları da nəzərdən keçirdiyini təsdiqlədi.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır