Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

“Maersk Tankers” şirkətinin beş gəmisində yelkənlər quraşdırılacaq

Nəhəng tanker donanması operatorlarından biri olan “Maersk Tankers” öz gəmilərində “eSAIL®” adlanan yelkən texnologiyasından istifadə etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, beş “MR” tankerində belə sərt yelkənlər quraşdırılacaq və onlara əlavə “WAPS” (“Wind Assisted Propulsion System”) sinif dərəcəsi veriləcək.

Hər bir gəmi optimal fəaliyyət üçün hava şəraitinə avtomatik uyğunlaşan dörd 26 metrlik “eSAIL®“ yelkənləri ilə təchiz olunacaq.

“Maersk Tacoma”, “Maersk Tampa”, “Maersk Tangier”, “Maersk Teesport” və “Maersk Tokyo” tankerlərində yelkənlərin 2025 və 2026-cı illərdə - gəmilər zavodda planlaşdırılmış dok yoxlamasına dayanarkən  quraşdırılması nəzərdə tutulur.

“Maersk Tankers” şirkəti bu texnologiyanı ilk dəfə 2018-ci ildə “Maersk Pelican” tankerində quraşdırmaqla sınaqdan keçirib.

Qeyd edək ki, ümumilikdə şirkət 240-dan çox tanker və qaz daşıyıcısını istismar edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır