Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

susi Dövlət Mühafizə Xidmətindən smartfon istifadəçilərinə xəbərdar

“Kaspersky Lab” şirkətinin əməkdaşları “Android” smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər. “Apa Economics”ə istinadən “Seanews.az” xəbər verir ki , “Google Play” onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu “root” imtiyazlara keçirməyə qadirdir. “Dvmap” adı alan (“Kaspersky Lab”ın təsnifatına görə) virus, “Google Play”ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə  məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, “Dvmap Android”in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq  yüklənilib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən ” verilən məlumata görə, kibercinayətkarlar “Dvmap” zamanı “Google Play”ə əvvəlcə tamamilə zərərsiz tətbiqetmə yükləyiblər, sonra isə, onlar aprelin 18-dən mayın 15-dək olan dövrdə zərərli yenilənməni buraxıblar. Beləliklə, cinayətkarlar “Google” təhlükəsizlik sistemləri  tərəfindən aşkarlanmaqdan qaça biliblər. Qurğunun uğurlu yoluxmasından dərhal sonra 32-bit həm də 64-bit kimi “Android” versiyalarında işləyən zərərverici proqram “root” imtiyazlar almaq üçün eksploitlərin lokal paketindən istifadə edir. Əgər “root” etmək alınırsa, sistemdə bir neçə modullar müəyyən edilir. “Android” versiyasından asılı olaraq, kodun inyeksiyası zərərverici iki kitabxanalardan birini – ya “libdvm.so”, ya da “libandroid_runtime.so” düzəldən zaman hücumun əsas faza mərhələsində baş verir. “Dvmap” öz modullarını yerinə yetirilməsi üçün normal kodu zərərli kod ilə əvəz edir. Lakin bu da bəzi qanuni tətbiqetmələrin zədələnməsinə və ya onların işinin dayanmasına gətirib çıxara bilər. Zərərverici kod kənar mənbələrdən olan proqramların quraşdırılmasını həll etmək üçün  “Android”də “Verify Apps” funksiyasını kəsən fayl buraxır. Digər faylları yükləmə məqsədilə o, həmçinin quraşdırılmış tətbiqetməyə qurğu inzibatçısı hüququ da verə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır