Külək enerjisi ilə işləyən ilk “RO-RO” gəmisi tikiləcək
“Knud E. Hansen” konstruktor bürosu külək enerjisi ilə işləyən dünyada ilk “RO-RO” gəmisinin tikintisi layihəsinə qoşulması barədə “Wallenius Marine” şirkəti ilə müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, 10-12 knot sürətlə hərəkət edəcək gəmi 7000 avtomobil, üstəlik yuvarlanan yüklər daşıya biləcək. Külək enerjisindən istifadə karbon qazı emissiyalarını 90% azaldacaq.
Xatırladaq ki, “Vallenius Vilhelmsen” şirkəti “Orcelle Wind” adlı gəminin layihəsini ötən ilin fevralında təqdim etmişdi. Daha sonra isə gəmini 2025-ci ilə qədər istismara vermək üçün layihəni 2022-ci ilin ortalarına qədər tamamlamağı planlaşdırdığını bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır