Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünya üzrə konteyner limanlarının səmərəlilik indeksi dərc olunub

Dünya Bankı və “S&P Global Market Intelligence” dünya üzrə konteyner limanlarının səmərəlilik indeksini (CPPI) dərc edib.

“Seanews.az”-ın məlumatına görə, 348 yükaşırma müəssisəsi arasından Çinin Yanşan limanı ən səmərəli konteyner limanı hesab edilib.

Salalah (Oman) ikinci, Xəlifə (BƏƏ) üçüncü, Tanjer Med (Mərakeş) limanı dördüncü yerə layiq görülüb.

Latın Amerikasındakı limanlar 2022-ci ildə səmərəliyini yaxşılaşdırıb. Beləliklə, Kartaxena limanı (Kolumbiya) siyahıda beşinci, Posorya limanı (Ekvador) isə 19-cu pillədə qərarlaşıb.

Cənub-Şərqi Asiyada Tanjung Pelepas (Malayziya) limanı bu il altıncı yerə, Vyetnamın Say Mep limanı 12-ci yerə, Sinqapur isə 18-ci yerə yüksəlib.

Algeciras limanı (İspaniya) 16-cı yerdədir və Avropanın ən yüksək reytinqli limanıdır.

Şimali Amerika liderləri Uilminqton və Virciniya limanlarıdır (müvafiq olaraq 44-cü və 52-ci).

144-cü yerdə qərarlaşan Berbera (Somali) limanı Afrikanın ən səmərəli limanı olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır